“Judo Club 2012”nin karateçiləri ölkə çempionatında 3 medal qazanıblar

“Judo Club 2012”nin karateçiləri ölkə çempionatında 3 medal qazanıblar

Dekabrın 18-də Balaxanı İdman Mərkəzində idman karatesi (WKF) üzrə U21, böyüklər və parakarateçilər arasında 33-cü Respublika çempionatı keçirilib.
Olimpnews.az xəbər verir ki, paytaxtla yanaşı, ölkənin müxtəlif bölgələrindən güclü idmançıların iştirak etdiyi yarışda “Judo Club 2012” klubunun üzvləri də qüvvələrini sınayıblar. Klubun karate bölməsinin məşqçisi Namiq Pirverdiyevin yetirmələri çempionatı ümumilikdə üç gümüş medalla başa vurublar.
U21 yaş kateqoriyasında -67 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Abbasov gümüş medala layiq görülüb. O, növbəti uğurunu böyüklər arasında yarışda qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Rəsul Abbasov fəxri kürsünün ikinci pilləsində yer alıb. Böyüklər arasında +84 kq çəki dərəcəsində isə Abbas Dadaşov finala qədər irəliləyərək gümüş medala sahib olub.

“Judo Club 2012”nin karateçiləri ölkə çempionatında 3 medal qazanıblar “Judo Club 2012”nin karateçiləri ölkə çempionatında 3 medal qazanıblar “Judo Club 2012”nin karateçiləri ölkə çempionatında 3 medal qazanıblar “Judo Club 2012”nin karateçiləri ölkə çempionatında 3 medal qazanıblar “Judo Club 2012”nin karateçiləri ölkə çempionatında 3 medal qazanıblar