Paytaxtımız nüfuzlu karate yarışına ev sahibliyi edə bilər

Paytaxtımız nüfuzlu karate yarışına ev sahibliyi edə bilər

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışı olan Karate1 Premyer Liqa turnirinin bir mərhələsi ölkəmizdə keçirilə bilər. Milli Karate Federasiyasından verilən məlumata görə, 2021-ci ilin əvvəlində Premyer Liqanın yeni mövsümünün birinci mərhələsi Bakıda təşkil oluna bilər. Bununla bağlı danışıqlar gedir və yekun qərar bir həftə ərzində açıqlanacaq.