Paytaxtımızda keçiriləcək dünya çempionatının tarixi açıqlandı

Paytaxtımızda keçiriləcək dünya çempionatının tarixi açıqlandı

Təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının təşkil olunacağı tarix müəyyənləşib.
COVID-19 pandemiyası səbəbindən 2021-ci ilə keçirilmiş yarışların yeni tarixləri ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin videokonfrans formatında baş tutan iclasında qəbul edilib. Qərara əsasən, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti il mayın 21-23-də, 16-cı dünya çempionatının isə mayın 27-29-də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, dünya yaş qrupları yarışları cari il mayın 8-10-də, dünya çempionatı isə mayın 14-16-da Bakıdakı Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin digər turnirlər kimi bu yarışlar da pandemiya ilə əlaqədar təxirə salınmışdı.