Dünya Kubokunda Azərbaycanı 6 idman gimnastı təmsil edəcək

Dünya Kubokunda Azərbaycanı 6 idman gimnastı təmsil edəcək

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edəcəklər. 

35 ölkədən idmançıların mübarizə aparacağı yarış martın 5-8-də təşkil olunacaq.