İsmayıllıda karate-do üzrə açıq turnir keçirilib 

İsmayıllıda karate-do üzrə açıq turnir keçirilib 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Karate-Do Akademiyasının təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksinin ərazisində gənclər arasında karate-do üzrə açıq turnir keçirilib. İki yaş qrupu üzrə keçirilən yarışda 200-dək karateçi mübarizə aparıb. Turnir torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Xəyyam Daşdəmirovun xatirəsinə həsr edilib.