Azərbaycanda daha 45 nəfər koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda daha 45 nəfər koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda koronavirusa (COVID-19) 3962 yeni yoluxma faktı qeydə alınıb, 4188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 45 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 62037 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 15305, hazırkı dövrədək isə 2031308 test aparılıb.
Ümumi ölənlərin sayı 2133 nəfərdir.
Ümumi yoluxanların sayı 195422 nəfər, ümumi sağalanların sayı 131252 nəfərdir.