Çempionlar Liqasında 1/8 final həyəcanı

Çempionlar Liqasında 1/8 final həyəcanı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsində 2 oyun keçiriləcək.
İspaniya təmsilçisi "Atletiko” İngiltərə "Çelsi”sini qəbul edəcək. Qarşılaşma pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək. Günün digər qarşılaşmasında "Bavariya” "Latsio"nun qonağı olacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq

23 fevral

1/8 final mərhələsi, ilk oyunlar

00:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)

Buxarest, "Nasional” stadionu

Baş hakim: Feliks Brix (Almaniya)

00:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

Roma, "Olimpiko” arena

Baş hakim: Orel Qrinfeld (İsrail)

Çempionlar Liqasında 1/8 final həyəcanı Çempionlar Liqasında 1/8 final həyəcanı