"Makkari"nin avtobusu qəzaya uğrayıb

"Makkari"nin avtobusu qəzaya uğrayıb

Sierra Leonenin "Makkari" klubunda faciə yaşanıb. Batkanu şəhərindən Makeniyə qayıdan komandanın yer aldığı mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə 9 futbolçu və 1 məşqçi vəfat edib. 20-dən çox oyunçu hadisə nəticəsində xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır. FIFA və ali futbol qurumunun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.