Buffon iki ildən sonra…

Buffon iki ildən sonra…

İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffonun karyerasını hələ ki, bitirmək istəmir.
43 yaşlı qapıçı "The Guardian"a açıqlamasında 2023-cü ilin iyununadək oynamaq fikrində olduğunu bildirib.
Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə "Parma"nın heyətində edib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018-2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.