“Ayaks” kuboku əridib, ulduza çevirdi və...

“Ayaks” kuboku əridib, ulduza çevirdi və...

Niderland çempionu“Ayaks” azarkeşlərinə jest edib. Erediviziyanın 2020-2021 mövsümünün qalibi olan Amsterdam təmsilçisi çempionluq kubokunu əridərək kiçik ulduz formasında mövsümlük bilet sahibi olan azarkeşlərinə göndərib. Ulduzların sayı təqribən 42 min olub. Hər azarkeşə 3.45 qram çəkisi olan ulduz veriləcək. "Ayaks” Erediviziyada sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.