İrina Zaretska Avropa çempionu oldu

İrina Zaretska Avropa çempionu oldu

Xorvatiyanın Poreç şəhərində keçirilən böyüklər arasında 56-cı Avropa çempionatı davam edir.
Azərbaycan karateçisi İrina Zaretska (68 kq) finalda Yunanıstan təmsilçisi Vasiliki Panetsiduya qalib gələrək Avropa çempionu olub.
Komandamızın digər üzvü Rafael Ağayev (75 kq) isə finalda Ukrayna təmsilçisi Stanislav Horunaya uduzaraq gümüş medalla kifayətib. Komandamızın digər üzvü Pənah Abdullayev (84 kq) də qitə çempionatında ikinci yeri tutub. O, finalda türkiyəli rəqibi Uğur Aktaşa məğlub olub.
Çempionatda medal görüşləri davam edir.
Azərbaycanın 15 karateçi ilə qatıldığı Avropa çempionatına mayın 23-də yekun vurulacaq.