Karateçilərimiz Gənclər Liqası turnirində yarışacaqlar

Karateçilərimiz Gənclər Liqası turnirində yarışacaqlar

Karate üzrə yığma komandamızın üzvləri yeni sınaq qarşısındadırlar. Komandamız iyunun 4-6-da Kiprin Limassol şəhərində uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək mövsümün ilk Karate 1 Gənclər Liqası turnirində mübarizə aparacaqlar.

Dünya Karate Federasiyasının (WKF) rəsmi turnirlərindən olan yarışa 32 karateçimiz qatılacaq. Onlar yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın döyüş məşqçisi Anar Əhmədovun rəhbərliyi ilə mübarizə aparacaqlar. Beynəlxalq referi Mais Mədətov isə qarşılaşmaların idarə olunmasında ölkəmizi təmsil edəcək.

Yarışda 37 ölkədən 760 idmançı mübarizə aparacaq.