İrina Zaretska: «Mən sizin mənə bəslədiyiniz etimadı doğrultmağa çalışacağam»

İrina Zaretska: «Mən sizin mənə bəslədiyiniz etimadı doğrultmağa çalışacağam»

Bu gün Milli Olimpiya Komitəsində Tokio-2020-yə vəsiqə qazanan idmançılarla görüşdə yığmamızın üzvü İrina Zaretska hazırlıqla bağlı fikirlərini bölüşüb.    «Olimpiya oyunlarına çox ciddi hazırlaşmışam. Pandemiya səbəbindən itirdiyim formamı qısa zaman ərzində bərpa edə bildim. Pandemiyanın bir qədər yumşaldığı vaxtda Xorvatiyanın Porets şəhərində keçirilən Avropa çempionatının qalibi oldum. Güclü rəqiblərim var idi. 10 ən güclü idmançı arasında ikinci dəfə Avropa çempionatının qızıl medalına layiq görüldüm. Bu nəticə mənə özümə olan inamı daha artırdı. Artıq Olimpiya Oyunlarında söz demək vaxtıdır. Mən sizin mənə bəslədiyiniz etimadı doğrultmağa çalışacağam», - deyə İrina Zaretska vurğulayıb.