Qrossmeysterimiz "Chessable Masters" turnirində iştirak edəcək

Qrossmeysterimiz "Chessable Masters" turnirində iştirak edəcək

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gəlib.

Siyahıya ermənistanlı Levon Aronyan, rusiyalı Vladislav Artemyev və hindistanlı Pentala Harikrişnanın adı da əlavə olunub. Beləliklə, yarış iştirakçılarının sayı 16-ya çatıb.

Qeyd edək ki, "Chessable Masters" adlanan turnirdə iştirakçılar arasında  Şəhriyar Məmmədyarovun da adı var.  

Qeyd edək ki, iyulun 31-də start götürəcək onlayn turnir avqustun 8-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dolları təşkil edir.