"Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşmədi 

"Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşmədi 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinal oyunu keçirilib.
"Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"la qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib -2:2. 
"Qarabağ"ın heyətində 29 və 60-cı dəqiqələrdə Kadi Borges fərqlənib. "Sabah"ın qollarını isə Umarali Raxmonaliyev (23, 65-p.) dubla imza atıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin  cavab oyunları aprelin 21-22-də keçiriləcək.