Türkiyə millisi 24 ildən sonra dünya çempionatında

Türkiyə millisi 24 ildən sonra dünya çempionatında

Türkiyə millisi futbol üzrə dünya çempionatına vəsiqə qazanıb. 

Olimpnews.az xəbər verir ki, "ay-ulduzlular" Avropa zonası üzrə pley-off mərhələsinin final oyununda Kosovodan üstün olaraq bu hüquqa yiyələnib -0:1. Matçda vurulan yeganə qolun müəllifi 53-cü dəqiqədə fərqənən Kərəm Aktürkoğlu olub. Beləliklə, Türkiyə milli komandası 24 ildən sonra dünya çempionatına vəsiqə əldə edib. Qardaş ölkə təmsilçisi sonuncu dəfə DÇ-2002-də iştirak etmiş və bürünc medallara sahib olmuşdu. 

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.