Dördqat dünya çempionları ardıcıl üçüncü dəfə mudialdan kənarda qaldılar

Dördqat dünya çempionları ardıcıl üçüncü dəfə mudialdan kənarda qaldılar

Futbol üzrə İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıb.

Olimpnews.az xəbər verir ki, Avropa zonası üzrə pley-off mərhələsində Bosniya və Herseqovina millisi ilə qarşılaşan appeninlilər penaltilər seriyasında 4:1 hesabı ilə məğlub olaraq DÇ-2026-ya yollana bilməyib.

Qeyd edək ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.