"Qarabağ" bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq 

"Qarabağ" bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq 

Bu gün Konfrans Liqası çərçivəsində III təsnifat mərhələsinin oyunları təşkil olunacaq. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” klubu da bu gün növbəti oyununa çıxacaq. 
Ağdam klubu səfərdə Kiprin AEL klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da Kiprin Larnaka şəhərindəki "AEK Arena" stadionunda təşkil olunacaq. Matçı İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edəcək. 
Qeyd edək ki, “Qarabağ” əvvəlki mərhələdə İsrailin "Aşdod" klubunu mübarizədən kənarlaşdırmışdı.