Rafael Ağayev Tokio-2020-nin finalında 

Rafael Ağayev Tokio-2020-nin finalında 

Tokio-2020 Yay Olimpiya Oyunlarının karate yarışları davam edir. Oyunlarda 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Rafael yarımfinal görüşünə çıxıb. İdmançımız finala çıxış uğrunda görüşdə  Macarıstan karateçisi Qabor Karoli Harspataki ilə üz-üzə gəlib. Görüşdə rəqibinə 7:0 hesabı ilə qalib gələn Rafael Ağayev finala vəsiqə əldə edib. 
Qeyd edək ki, mübarizəyə B qrupundan başlayan 5 qat dünya çempionumuz qrupda keçirdiyi 4 görüşdən 3-də qələbə qazanıb, 1-də isə məğlub olmuşdu. Qrupu 6 xalla ikinci pillədə başa vuran R.Ağayev yarımfinala vəsiqəni də özü üçün təmin etmişdi.