Şərif Şərifov bürünc medalı əldən verdi

Şərif Şərifov bürünc medalı əldən verdi

Tokio-2020 Yay Olimpiya Oyunlarında 97 kq çəki dərəcəsində çıxış edən idmançımız Şərif Şərifov bürünc medal uğrunda güləşib. London-2012 Yay Olimpiya Oyunlarının qalibi olan Şərif kubalı Reyneris Salas Pereslə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. Lakin son fəndi Kuba idmançısı tətbiq etdiyi üçün bürünc medalın sahibi olub. Sərbəst güləşçimiz mübarizəni 5-ci yerdə tamamlayıb.