Gəncə İdman Sarayında qadın güləşi üzrə yeniyetmələrin ölkə çempionatı keçirilib.
Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. U-15 və U-17 yaş qruplarında keçirilən yarışda Azərbaycan çempionlarının adlarına aydınlıq gəlib. U-15 yaş qrupunda Ülviyyə Musayeva (33 kq, Gəncə, Təhsil-1), Gülay Xasməmmədova (36 kq, Abşeron, "Mywrestling"), Nərgiz Cəfərzadə (39 kq, Gəncə), Leyla Əsgərova (42 kq, Gəncə, Təhsil-1), Mədinə Kərimova (46 kq, Gəncə), Günel Kərimli (50 kq, Abşeron, "Mywrestling"), Zərifə Alızadə (58 kq, ROİL), Aylin Həsənli (62 kq, Astara) və Fatimə Qayqiyeva (66 kq, AİJA) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
U-17 yaş qrupunda isə Gülxanım Şirinova (40 kq, Gəncə), Nuray Cəfərli (46 kq, ROİL, Astara), Xədicə Qurbanzadə (49 kq, Müşviqabad), Fatimə Bayramova (53 kq, UGİM-2), Məryəm Əmrəli (57 kq, Abşeron), Suramirac Abbassoy (61 kq, Müşviqabad), Nuray Həsənli (65 kq, Abşeron, "Mywrestling") və Simurə Abdullayeva (69 kq, Abşeron) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeniyetmə güləşçilər Gəncədə qüvvələrini sınadılar


