Yunan-Roma güləşçimiz əməliyyat olundu

Yunan-Roma güləşçimiz əməliyyat olundu

Azərbaycanın yunan-Roma güləşi millisinin üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Çiyin nahiyəsindən uğurlu əməliyyat keçirən güləşçi 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Ü.Qənizadə 4-6 aydan sonra yarışlarda iştirak edə biləcək.