Ümumdünya Şahmat Olimpiadası: Komandamızın heyəti müəyyənləşdi

Ümumdünya Şahmat Olimpiadası: Komandamızın heyəti müəyyənləşdi

İkinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub. Yığma komandamızın əsas heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar.
Qeyd edək ki, ikinci onlayn olimpiadanın dördüncü divizionunda yarışlar artıq başa çatıb. Avqustun 27-29-da 3-cü divizionun, sentyabrın 2-4-də isə ikinci divizionun oyunları keçiriləcək.
Sentyabrın 8-10-da isə komandamızın da qatılacağı top divizionun oyunları baş tutacaq.