“Vüqar Həşimov” klubu Avropa kuboku yarışlarında iştirak edəcək

“Vüqar Həşimov” klubu Avropa kuboku yarışlarında iştirak edəcək

Şahmatçılarımız klublar arasında sentyabrın 17-də start götürəcək Avropa kuboku yarışlarında iştirak edəcəklər. “Vüqar Həşimov” klubu Şimali Makedoniyada keçiriləcək 36-cı Avropa kubokunda mübarizə aparacaq. Komandamızın heyətində Avropa çempionu Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar.
Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.
Turnir sentyabrın 25-dək davam edəcək.

“Vüqar Həşimov” klubu Avropa kuboku yarışlarında iştirak edəcək