Tokio-2020-də Ukraynaya​ gümüş medal​ qazandıran​ həmyerlimizə mənzil​ hədiyyə edildi

Tokio-2020-də Ukraynaya​ gümüş medal​ qazandıran​ həmyerlimizə mənzil​ hədiyyə edildi

Tokio-2020 Yay​ Olimpiya​ Oyunlarında​ Ukraynaya​ gümüş medal​ qazandıran​ azərbaycanlı güləşçi​ Pərviz​ Nəsibova​ mənzil​ hədiyyə edilib. Zaporojye Vilayət Dövlət Administrasiyası tərəfindən hədiyyə edilən mənzilin açarları Pərviz Nəsibova təqdim edilib. Tədbirdə çıxış edən soydaşımız göstərdikləri diqqətə görə administrasiya rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunda anadan olub, 6 yaşına kimi orada yaşayıb. Sonra ailəsi ilə birgə Ukraynaya köçüb.