Avropa çempionatı Sofiyada

Avropa çempionatı Sofiyada

2022-ci ildə keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatının yeri və vaxtı bəlli olub.

Bu barədə TASS-a açıqlamasında Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) prezidenti vəzifəsini icra edən Maksim Aqapitov bildirib.
Onun sözlərinə görə, yarış apreldə Bolqarıstanın paytaxtı Sofiyada olacaq. Dəqiq tarixlər daha sonra açıqlanacaq.
Qeyd edək ki, 2021-ci ildəki yarış Rusiyanın paytaxtı Moskvada gerçəkləşib. Azərbaycan təmsilçilərindən Boyanka Kostova (59 kq) qızıl, Dadaş Dadaşbəyli (102 kq) isə bürünc medal qazanıb. Lakin Kostovanın dopinq-testi müsbət nəticə verib.