Karateçimiz Avropa çempionatının qalibi oldu

Karateçimiz Avropa çempionatının qalibi oldu

Noyabrın 5-6-da Almaniyanın Halle şəhərində vado-kai karate üzrə 48-ci Avropa çempionatı keçirilib. 10 ölkədən 200-dən çox idmançının iştirak etdiyi yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayıblar. Ölkəmizi qitə çempionatında Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi, 5-ci dan qara kəmər sahibi Vilayət Əmirovun rəhbərliyi altında 2 idmançı təmsil edib.
Komandamız yarışı bir qızıl medalla başa vurub. Yeganə medalı komandamıza 18-21 yaşlı gənclər arasında mübarizə aparan Fərid Ağayev (-75kq) qazandırıb.
18-21 yaşlı gənclər arasında iştirak edən millimizin digər üzvü Abbas Dadaşov (-84 kq) isə ilk görüşdə almaniyalı rəqibinə qalib gəldiyi yarışda çiynindən ciddi zədə alaraq mübarizəni yarımçıq dayandırıb.
Beləliklə, komandamız turniri bir qızıl medalla başa vurub.
Qeyd edək ki,Almaniyaya yollanan komandanın heyətində Əməkdar məşqçi, Avropa Vado-Kai Karate Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Gündüz Mahmudov və milli dərəcəli hakim Vidadi Mahmudov da yer alıb.

Karateçimiz Avropa çempionatının qalibi oldu Karateçimiz Avropa çempionatının qalibi oldu Karateçimiz Avropa çempionatının qalibi oldu Karateçimiz Avropa çempionatının qalibi oldu Karateçimiz Avropa çempionatının qalibi oldu Karateçimiz Avropa çempionatının qalibi oldu Karateçimiz Avropa çempionatının qalibi oldu Karateçimiz Avropa çempionatının qalibi oldu Karateçimiz Avropa çempionatının qalibi oldu