Pekin-2022: Kanada da diplomatik boykota qoşuldu

Pekin-2022: Kanada da diplomatik boykota qoşuldu

ABŞ, Avstraliya və Böyük Britaniyadan sonra Kanada da Çində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulmaq qərarına gəlib.
Bu barədə Kanada hökumətinin başçısı Castin Trüdo bildirib. “Biz elan edirik ki, bu qış Pekində keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına diplomatik nümayəndələr göndərməyəcəyik”, - deyə C.Trüdo bildirib.
Baş nazirin sözlərinə görə, kanadalı idmançılar Olimpiadada iştirak edəcəklər.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları gələn il fevralın 4-dən 20-dək keçiriləcək.