Pekin Olimpiadasında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yollanıb

Pekin Olimpiadasında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yollanıb

Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb. Bu barədə Azərbaycan komandasının şef de-mission Anar Bağırov özünün feysbuk səhifəsində paylaşım edib.
Azərbaycanı olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya  Oyunları fevralın  4-dən  20-dək keçiriləcək.