Pekin-2022-də yeni dünya rekordu qeydə alındı

Pekin-2022-də yeni dünya rekordu qeydə alındı

Pekin-2022 Qış Olimpiya Oyunlarında yeni dünya rekordu qeydə alınıb. Rekorda çinli fiqurlu konkisürənlərdən ibarət duet Suy Ventszin və Han Tsun imza atıb.
Komandaların yarışında mübarizə aparan cütlük qısa proqramda 82,83 xal toplayıb.
Qeyd edək ki, çinli cütlük 2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında gümüş medal qazanıb. Duetin hesabında dünya çempionatının iki qızıl və 3 gümüş medalı var.
Əvvəlki dünya rekordu rusiyalı Anastasiya Mişina - Aleksandr Qallyamova duetinə məxsus olub. Onlar 12 - 16 yanvarda Estoniyanın paytaxtı Tallində keçirilmiş Avropa çempionatında hakimlərdən 82,36 xal alıblar. Bu cütlük Pekin-2022-də isə 82,64 xalla ikinci olub. Komanda yarışının 3 mərhələsindən sonra ABŞ seçməsi 28 xalla liderdir. 26 xala malik Rusiya ikinci pillədə qərarlaşıb.