Olimpiya mükafatçımız Premyer Liqa turnirində birinci yerə sahib çıxdı

Olimpiya mükafatçımız Premyer Liqa turnirində birinci yerə sahib çıxdı

Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinə yekun vurulub. Yarışa 9 idmançı ilə yollanan yığmamız 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib çıxıb. Komandamızın heyətində İrina Zaretska turnirin qalibi olub. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda italiyalı Silvia Semeraronu məğlub edib. İ.Zaretskadan fərqli, Tural Ağalarzadə (67 kq) finalda məğlubiyyətə üzülüb. O, həlledici görüşdə qazaxıstanlı Didar Amrali ilə dueldən məğlub ayrılıb və gümüş medalla kifayətlənib. Millimizə digər mükafatı Turqut Həsənov (84 kq) qazandırıb. O, üçüncü yer uğrunda döyüşdə Robin Rettenbaherə qalib gəlməklə, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.