Daha bir yarışın ev sahibliyi hüququ Rusiyadan alındı

Daha bir yarışın ev sahibliyi hüququ Rusiyadan alındı

Bu ilin oktyabrında Rusiyada keçirilməsi nəzərdə tutulan Karate 1 Premyer Liqa turnirinin yerinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib. Bu barədə qərar Dünya Karate Federasiyasının (WKF) rəsmi saytında yer alıb.
WKF-in 2022-ci ildə Karate 1 Premyer Liqa turnirlərinin sayını olduğu kimi (5 turnir) saxlamaq niyyətində olduğundan yarış üçün yeni məkan axtarışına başlayıb.
Məlumatda qeyd edilir ki, Şərqi Avropada və dünyada sülhün və sabitliyin tezliklə bərpasına ümid edən qurum karateçilərin müdafiəsi, eyni zamanda, bütün yarışlarda idmançılar üçün ən yaxşı şəraiti təmin etmək üçün əlindən gələni etməyə davam edəcək.
Xatırladaq ki, Moskvadakı Premyer Liqa yarışının oktyabrın 7-9-da keçirilməsi nəzərdə tutulmuşdu.