Karate üzrə qadınlar arasında beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək

Karate üzrə qadınlar arasında beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək

Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınlar arasında 6-cı beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək. Qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə mayın 2-8-də AMKF-in təlim-məşq bazasında keçiriləcək hazırlıqda Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri də iştirak edəcəklər.
Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması da gözlənilir.
Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarında idmançılarımızla birgə, Çexiya və Yunanıstandan karateçilər iştirak etmişdilər.