Karateçilərimiz Avropa çempionatında iştirak edəcəklər

Karateçilərimiz Avropa çempionatında iştirak edəcəklər

Sabah Bolqarıstanın Albena Kranevo şəhərində Dünya Şotokan Federasiyasının (WSF) 12-ci Avropa çempionatı start götürəcək. 3 gün davam  edəcək yarışda 14 ölkədən 803 idmançı mübarizə aparacaq. Qitə çempionatında 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar iştirak edəcək. Komandamız yarışda 60-dək karateçi ilə təmsil olunacaq.  Komandamızın heyətində müxtəlif regionların klublarından idmançılar da yer alıblar.

WSF-in İcraiyyə Komitəsinin üzvü və beynəlxalq təşkilatın Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevin rəhbərlik etdiyi heyətdə iki hakim də yer alıb. Beynəlxalq hakim Mircabbar Seyidov və milli dərəcəli hakim Siyavuş Bayramov yarışı idarə edənlər arasında olacaq.