Paracüdo üzrə milli komandamız dünya çempionu adını qazanıb

Paracüdo üzrə milli komandamız dünya çempionu adını qazanıb

Bakıda keçirilən paracüdo üzrə dünya çempionatının komanda yarışlarına yekun vurulub. Azərbaycan millisi yarışların qızıl medalına layiq görülüb. Yığma komandamız finalda Türkiyə komandası ilə qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan paracüdoçuları fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.