Boks üzrə Azərbaycan birinciliyi bu gün başlayır 

Boks üzrə Azərbaycan birinciliyi bu gün başlayır 

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Boks Mərkəzində təşkil olunacaq yarışda 15 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 66 komandanın 326 boksçusu qatılacaq.
Birincilikdə qaliblərin adına noyabrın 27-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.