Boksçularımız Dünya Kuboku statuslu turnirdə 4 medal qazandılar

Boksçularımız Dünya Kuboku statuslu turnirdə 4 medal qazandılar

Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan millisi 18 ölkənin iştirak etdiyi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Komandanın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.