"Caspian Open" beynəlxalq karate turniri keçiriləcək

"Caspian Open" beynəlxalq karate turniri keçiriləcək

 

Noyabrın 26-27-də  Azərbaycan Karate Təşkilatının "Caspian Open" beynəlxalq karate turniri keçiriləcək. Azərbaycan Milli Karate Federasiyasının dəstəyi ilə Bakı İdman Sarayında növbəti yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edəcək. Turnirdə 6-18 yaşlı uşaq, yeniyetmə və gənclər qüvvələrini sınayacaqlar. Yarışın açılış mərasimi 27 Noyabr saat 17:00-da keçiriləcək.