Karateçilər üçün texniki seminar

Karateçilər üçün texniki seminar

Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun təşkilatçılığı ilə Azərbaycan Karate Federasiyaları Assosiasiyasının birinci vitse-prezidenti, ikiqat dünya və Avropa çempionu, klubun rəisi polkovnik Füzuli Musayevin 60 illiyinə həsr olunmuş texniki seminarda 300-ə yaxın uşaq, yeniyetmə və gənc karateçilər iştirak edib. Seminarda çıxış edən Əməkdar bədən tərbiyəsi və idman xadimi və Əməkdar idman ustası F.Musayev Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olduqdan sonra Azərbaycanda idmanın inqilabi mərhələyə qədəm qoyduğunu söyləyib. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, Avropa, dünya çempionatlarında və Olimpiya Oyunlarında böyük uğurlar qazanıb və ölkəmizin müqəddəs bayrağını dalğalandıraraq idman salnaməsi yazıblar. Məhz Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə, karatenin ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı əsas göstəricidir.

Daha sonra karatenin sirlərindən, döyüş texnikasından, uşaq, yeniyetmə və gənclərin sağlam və vətənpərvər ruhda yetişməsindən söhbət açılıb.

Texniki seminara F.Musayev rəhbərlik edib.