Ənənəvi “Arpachay Open” turnirində 10-a yaxın ölkənin karateçiləri qüvvələrini sınayacaqlar

Ənənəvi “Arpachay Open” turnirində 10-a yaxın ölkənin karateçiləri qüvvələrini sınayacaqlar

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək. Turnir yanvarın 20-22-də Gənclər və İdman Nazirliyinin dəstəyi, “Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə baş tutacaq. Bakı İdman Sarayında keçiriləcək ənənəvi turnirdə 10-dək ölkədən, habelə paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1500-dən çox idmançının iştirakı gözlənilir. Yarışın təntənəli açılış mərasimi yanvarın 21-də olacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar.