Karateçilərimiz mövsümün ilk Premyer Liqa turnirində mübarizə aparacaq

Karateçilərimiz mövsümün ilk Premyer Liqa turnirində mübarizə aparacaq

Karateçilərimiz mövsümün ilk Premyer Liqa turnirində mübarizə aparacaqKarateçilərimiz mövsümün ilk Premyer Liqa turnirində mübarizə aparacaq

 

Sabah Misirin paytaxtı Qahirədə karate üzrə mövsümün ilk Premyer Liqa turnirinə start veriləcək. Üç gün davam edəcək yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayacaqlar. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyevin rəhbərlik etdiyi heyətdə 25 nəfər yer alıb.

 

Kumite üzrə kişilərdən ibarət millinin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov müxtəlif çəkilərdə bir neçə idmançının çıxış etməsinə üstünlük verib. Onlardan Əminağa Quliyev və Sultan Hüseynov 60 kq, Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Nuran Rzazadə 67 kq, Fərid Ağayev 75 kq, Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov 84 kq, Asiman Qurbanlı və Osman Osmanlı isə 84+ kq çəki dərəcəsində döyüşəcəklər. Roman Heydərov kata yarışlarında iştirak edəcək.

Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov turnirdə Fidan Teymurovanı (50 kq), Mədinə Sadiqovanı (55 kq), Renata Ərəblini (61 kq) və İrina Zaretskanı (68 kq) müşayiət edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov 58 ölkədən 382 idmançının mübarizə aparacağı Karate1 Premyer Liqa turnirinin Qahirə mərhələsini idarə edən referilər arasında olacaqlar.