Karateçilərimizin Fujeira sınağı 6 medalla yadda qaldı

Karateçilərimizin Fujeira sınağı 6 medalla yadda qaldı

Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərindəkeçirilənKarate1 Youth League turnirinə yekun vurulub. Yarışda14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparıblar.67 ölkədən 1169 idmançının iştirak etdiyi turnirdə Azərbaycan idmançıları da qüvvələrini sınayıblar.Dörd gün davam edən nüfuzluyarışda idmançılarımız6 medalasahib çıxıblar. TəmsilçilərimizdənAmin Yadigarlı (55 kq, 16-17 yaşlı gənclər) birinci, Nicat Kərimli (75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (76 kq, 16-17 yaşlı gənclər) ikinci, Raul Səfərəliyev (63 kq, 14-15 yaşlı yeniyetmələr) isə üçüncü yeri tutublar.Yarışın son günündə isə14 yaşadək uşaqlar arasında Əfqan Tarverdi (45 kq) və Zeynəb Nəbiyeva (52 kq) fəxri kürsüyə qalxıblar.Ə.Tarverdi qızıl,Z.Nəbiyeva isə gümüş mükafata layiq görülüb.