Bişkek gənc samboçuların dünya birinciliyinə ev sahibliyi edəcək

Bişkek gənc samboçuların dünya birinciliyinə ev sahibliyi edəcək

 

Bu il gənc samboçular arasında keçiriləcək dünya birinciliyinin yeri və vaxtı müəyyənləşib. Turnir oktyabrın 13-15-də Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunacaq. Birincilikdə yeniyetmə samboçular da güclərini sınayacaqlar. Qeyd edək ki, ötən il Qırğızıstan böyüklər arasında dünya çempionatına ev sahibliyi edib. Yarışa 50 ölkədən 500-dək idmançı qüvvəsini sınayıb.