Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycan komandasının bir üzvü - dünya, Avropa və Olimpiya çempionumuz Hidayət Heydərov tatami üzərinə çıxıb. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Yunanıstan, Kosovo, Fransa və Türkiyə cüdoçularına qalib gələn idmançımız finala vəsiqə əldə edib. Həlledici qarşılaşmada gürcüstanlı Laşa Şavdatuaşviliyə məğlub olan Hidayət Heydərov karyerasında ikinci dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.
Xatırladaq ki, çempionatın ilk günündə Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) komandamıza bürünc medal qazandırmışdı.
Avropa çempionatına aprelin 19-da yekun vurulacaq.
Avropa çempionatı: Olimpiya çempionumuz gümüş medal qazandı


