Karateçilərimiz Seriya A turnirində mübarizəyə başlayırlar

Karateçilərimiz Seriya A turnirində mübarizəyə başlayırlar

Bu gün Türkiyənin Konya şəhərində mövsümün 2-ci Karate1 Seriya A turnirinə start veriləcək. Nüfuzlu yarışda 10 idmançımız, o cümlədən qadınlardan Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), kişilər arasında isə Mircəlal Ələsgərov, Ramil Baxşəliyev (60 kq), Hüseyn Məmmədli (67 kq), Samir İbrahimova, Məcid Əmirov, Tural Ələkbərli, Tale Yaqubov və Nicat Kərimli (75 kq) mübarizə aparacaq. Milli komandanın üzvlərini AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov müşayiət edəcək. 

Konyadakı turnirdə 76 ölkədən mindən çox karateçi iştirak edir. Karate1 silsiləsindən Seriya A turnirlərində dünya reytinqinin 32-ci pilləsindən aşağı yer tutan idmançılar mübarizə aparır. Turnirə martın 12-də yekun vurulacaq.