Azərbaycan birinciliyi: Sərbəst güləşçilərin yarışları yekunlaşdı

Azərbaycan birinciliyi: Sərbəst güləşçilərin yarışları yekunlaşdı

Şağan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan birinciliyi keçirilir. Yarışın ikinci günündə çəkisi 41 kq, 48 kq, 57 kq, 68 kq və 85 kq olan sərbəst güləşçilər mübarizə aparıblar. Beş çəki üzrə ümumilikdə 173 idmançının çıxış etdiyi yarışda Rəşid Nazarov (41 kq, “Neftçi”), Həsən Həsənov (48 kq, “Gəncə”), İsa Yusibov (57 kq, “Gəncə”), Rəşad Veysəlov (68 kq, “Qəbələ”) və Amin Nəsibov (85 kq,Neftçi”) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.