Gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə doqquzuncu görüşü keçirilib. Milli Gimnastika Arenasında keçirilən görüşdə əvvəlcə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançıya müvafiq nişan və vəsiqələr təqdim edilib.
Sonra nazir federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.
Görüşün gündəliyinə əsasən, "Goal+" layihəsinin təqdimatı, idman sahəsində vergi güzəştləri və azadolmaları ilə bağlı məlumat verilib. Həmçinin III Avropa Oyunlarına və XXXI Ümumdünya Yay Universiadasına, ölkəmizdə keçiriləcək atıcılıq idman növü üzrə dünya çempionatına hazırlıq və digər məsələlər müzakirə olunub.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.Olimpiya idman növləri üzrə federasiya nümayəndələri ilə görüş