Karateçimiz bu dəfə bürünc medal qazandı

Karateçimiz bu dəfə bürünc medal qazandı

Yaponiyanın Fukuoka şəhərində keçirilən karate üzrə Premyer Liqa turnirinin üçüncü mərhələsinə yekun vurulub. Yarışda iştirak edən Azərbaycan təmsilçisi İrina Zaretska bürünc medal qazanıb.

Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Venera Jahibaevadan üstün olub.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı turnirin Mərakeşdə təşkil olunan əvvəlki mərhələsində qızıl medal qazanıb.