Rafael Ağayevdən "Karate Combat"da növbəti qələbə

Rafael Ağayevdən "Karate Combat"da növbəti qələbə

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat" turnirində növbəti döyüşünü keçirib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb.

Florida ştatının Mayami şəhərində keçirilən görüş R.Ağayevin qələbəsi ilə yekunlaşıb.

Turnirdə iştirak edən Azərbaycanın digər karateçisi Şahin Atamov isə fransalı Kenci Qrillona məğlub olub.

Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.