Maribor-2023: ötən gün idmançılarımız hansı nəticələrlə yadda qaldılar?
BOK
26.07.2023, 09:32
Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı davam edir. Ötən gün Azərbaycan idmançıları da fstival çərçivəsində keçirilən müxtəlif idman növləri üzrə güclərini sınayıblar. İdmançılarımız festivalın üçüncü yarış günündə ilk medallarını qazanıblar. Komandamızın aktivinə medalları cüdoçularımız yazdırıblar. Hazırda Azərbaycan komandası 2 bürünc medalla 26-cı pillədə qərarlaşıb.
Azərbaycan idmançılarının üçüncü yarış günündəki çıxışları barədə nəticələri təqdim edirik.
Cüdo
Ötən gün festivalın cüdo yarışlarına start verilib. Cüdo yarışlarının ilk günündə 3 cüdoçumuz tatami üzərinə çıxıb ki, onlardan da ikisi çıxışını bürünc medalla başa vurub.
Təmsilçilərimizdən ilk olaraq Nihad Məmişov (-50 kq) fəxri kürsüdə yer alıb. Mübarizəyə ermənistanlı Hayk Darbinyan üzərində qələbə ilə başlayan idmançımız növbəti mərhələdə Şota Baçaşvili (Gürcüstan) ilə qarşılaşıb. Təəssüf ki, idmançımız bu görüşdə rəqibinə uduzub. N.Məmişov üçüncü yer uğrunda görüşdə italiyalı Françesko Krokiani ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə qalib gələn Nihad Məmişov Maribor-2023-ün bürünc medalına sahib çıxıb.
Komandamıza digər bürünc medalı isə Ayxan Mirzəzadə (-55 kq) qazandırıb. O, 1/8 finalda isveçli cüdoçu Samir Pabloskiyə, növbəti mərhələdə isə niderlandlı Luka Riçardsona qalib gəlib. Lakin idmançımız yarımfinalda gürcüstanlı cüdoçu Merabi Samadaşviliyə məğlub olub. Yeniyetmə cüdoçumuz bürünc medal uğrunda görüşdə polşalı Yan Kolondraya qalib gələrək üçüncü yer sahib çıxıb.
Qızların mübarizəsində isə Məryəm Bayramzadə (-44 kq) çıxışını medalsız başa vurub. İlk görüşdə Böyük Britaniya təmsilçisi Eva Evinqə qalib gələn Məryəm növbəti mərhələdə belçikalı Lena Antoineyə məğlub olub. Mübarizəsini təsəlliverici görüşdə davam etdirən cüdoçumuz bu mərhələdə avstriyalı Tatevik Minasyanla qarşılaşıb. Təəssüf ki, idmançımız bu qarşılaşmada da məğlub olaraq yeddinci yerlə kifayətlənib.
Atletika
İyulun 24-də keçirilən yarışlarda atletikanın 400 metr məsafəyə maneələrlə qaçış yarışlarında Ləman İsfəndiyarova mübarizəyə başlayıb. Təmsilçimiz Ukrayna, Fransa, Almaniya, Finlandiya, Yunanıstan və Sloveniyadan olan idmançılarla yarışıb. Təsnifat mərhələsinə vəsiqə qazamaq üçün idmançımızın cəhdi uğursuz olub. Belə ki, Ləman İsfəndiyarova 1:16,36 göstərici ilə yarışı sonuncu pillədə başa vurub. Bu məsafədə ukraynalı Maşa Maşanienkova (57,49), fransalı Meta Tumba (58,30) və almaniyalı Emma Kaul (59,87) finişə müvafiq olaraq ilk üçlükdə çatıb.
Velosiped (qızlar)
Azərbaycanlı idmançılar velosiped idman növündə 10 km məsafəyə fərdi ötüşmə yarışlarında qüvvələrini sınayıblar. Maribor şəhər mərkəzində təşkil olunan yarışlarda əvvəlcə qızlar öz bacarığını nümayiş etdiriblər. Təmsilçilərimizdən ən yaxşı nəticə Məryam Əfqanzadəyə məxsus olub. O, yarışları 52-ci yerdə tamamlayıb - 00:15:55,17. Ayan Məmmədzadə (00:16:44,13)- 71-ci, Xədicə Nabatzadə (00:17:43,71) isə 79-cu olub.
Bu məsafədə müvafiq olaraq niderlandlı Meqan Arens (00:14:24,66), britaniyalı Erin Butman (00:14:27,42) və digər niderlandlı Yente Kups (00:14:30,61) ilk üçlükdə yer alıblar.
Şose velosipedi (oğlanlar)
Şose velosipedi idman növündə 10 km məsafəyə fərdi ötüşmə yarışlarında oğlanların yarışı da gərgin mübarizə şəraitində keçib. Velosipedçilərimizdən Artyom Proskuryakov finişə 59-cu pillədə çatıb - 00:14:04,95.
Ravi Rzayev yarışları 81-ci (00:14:37,98), Turqut Qurbanlı isə 84-cü (00:15:27,98) pillədə yekunlaşdırıb. Bu yarışlarda niderlandlı Giys Şonvelde (00:12:52,89), irlandiyalı Konor Mörfi (00:12:55,38) və almaniyalı Maksimilan Benz (00:13:01,42) Maribor-2023-ün medallarına yiyələniblər.
İdman gimnastikası
İdman gimnastikasının dayaqla tullanma yarışlarında iştirak edən Aydın Əlizadənin mükafat qazanmaq cəhdi uğursuz olub. Gənc idmançımızyekunda (11.800) 52-ci yerlə kifayətlənib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
Bugün, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
Bugün, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
Bugün, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
Bugün, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
Bugün, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
Bugün, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
Bugün, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
Bugün, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
Bugün, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
İtaliyada MOK-ların II rəqəmsal kommunikasiyalar seminarı keçirilir
09.09.2026, 17:49 MOK
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo